Parabank Uşaqlarımız - Xoşbəxtliyimiz! adlı fotomüsabiqə elan edir.
13 Avqust 2011 Şənbə 14:34
Müsabiqə şərtləri çox asandır: uşağınızın şıltaqlığını, dəcəlliyini, şirinliyini və digər maraqlı məqamlarını əks etdirən bir fotoşəkili bizə göndərin və müsabiqəyə qoşulun.

Nəzərinizə alın ki, müsabiqədə iştirak edən şəkillər Parabankın Facebook səhifəsində yerləşdiriləcək. Qalib qələn şəkillər toplanmış “Like”işarələrin sayına əsasən müəyyənləşdiriləcək.
    
Qalib gələn fotoşəkildəki uşağına adın aşağıda qeyd olunan məbləğlərdə əmanət açılacaq:
                  1-ci yer – 2000 Azn
                  2-ci yer – 1000 Azn
                  3-cü yer – 500 Azn  
 
Şansları bərabərləşdirmək üçün bütün şəkillər eyni zamanda 2011-ci ilin sentyabrın 1-də Facebook səhifəmizdə yerləşdiriləcək. Şəkillərin qəbulu bu gündən etibarən Avqustun 25-nə kimi davam edəcək. Şəkillər müəllifin adını/soyadını, əlaqə telefonlarını və uşağın adını qeyd edilməklə [email protected] elektron poçt ünvanına göndərilməlidir.
 
Əlavə şərtlər:

1. Müsabiqədə iştirak etmək üçün hər bir istifadəçi ilk növbədə facebookda daimi səhifəyə malik olmalıdır
2. Müsabiqəyə yalnız hər bir iştirakçı müəllif tərəfindən çəkilən real şəkillər buraxılacaq. İnternet və ya digər resurslardan əldə edilən fotoşəkillər müsabiqəyə buraxılmayacaq.
 
Mükafatlandırma və yeniliklər haqqında ətraflı məlumatı Parabankın Facebookda fəaliyyət göstərən Parabank ASC adlı səhifəsindən əldə edə bilərsiniz. Səhifəni həmçinin bu link vasitəsilə tapa bilərsiniz http://www.facebook.com/Parabank?ref=ts&__user=1437548955
 Bizi izləyin!
Banka zəng 139



DOSTLARINLA PAYLAŞ:

oyunlar