Parabank daha bir pul köcürmə xidmətinə qoşuldu
26 Aprel 2011 Çərşənbə Axşamı 16:58
Parabank “Faster” beynəlxalq təcili pul köçürmə sistemi ilə əməkdaşlıq edəcək.
“Parabank” “Faster” təcili pul köçürmə sisteminə qoşulub. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bununla da bank qoşulduğu beynəlxalq təcili pul köçürmə sistemlərinin ümumi sayını 11 çatdırıb.

Bank artıq Qazaxstanın ilk beynəlxalq “Faster” pul köçürmələri xidmətini müştərilərə təqdim edir. ”Faster” sistemi bank hesabı açmadan fiziki şəxlərə pul köçürməsi həyata keçirmək üçün nəzərdə tutulub.

“Faster”sistemi ilə təcili pul köçürmələrini Belarusa, Gürcüstan, Monqolstana, Qırğızıstan, Tacikistan, Özbəkistan, Rusiya, Ukrayna və BƏƏ ölkələrinə həyata keçirmək mümkündür. Bu sistemin üstünlüyü məbləğin 1 dəqiqə ərzində köçürülməsidir. “Faster” pul köçürmə sisteminin maksimal məbləği - 10 000 USD/EUR və ya 280 000 RUR-dur.

Qeyd edək ki, “Parabank” “Faster” ilə yanaşı “Western Union”, “Bıstraya Poçta”, “Zolotaya Korona”, “Contakt”, “Caspian Money Transfer”, “Privat Money”, “Coinstar”, “Blizko”, “Miqom” və “Avers” sistemləri üzrə təcili pul köçürmə xidmətləri təklif edir. Sadalanan sistemlər kimi “Faster” sistemidə bankın bütün xidmət nöqtələrində faydalanmaq mümkündür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar