OPEK neft hasilatını artırıb
14 May 2009 Cümə Axşamı 11:05
Təşkilat gündəlik kvotanı 967 min barrel artırıb

Neft İstehsal edən Ölkələrin Birliyi -OPEK ötən ilin iyulundan etibarən ilk dəfə olaraq, neft hasilatını artırıb. Təşkilat gündəlik kvotanı 967 min barrel artırıb. Bu barədə məlumatı «Bloomberg» agentliyi yayıb. OPEK ölkələri İraq istisna olmaqla  bu il aprel ayında sutkada 25, 812 milyon barrel neft hasil edib. Müqayisə üçün bildirək ki, mart ayında OPEK-in sutkalıq neft hasilatı 25,587 milyon barrel olub. Hasilatın artırılmasına səbəb qara qızılın qiymətində artımın müşahidə edilməsi olub. Qeyd edək ki, ötən ilin dekabr ayında netfin qiyməti 33,87 dollara kimi düşüb. Daha sonra qiymətlər artmağa başlayıb. Hazırda dünya birjalarında neftin qiyməti 58 dollar civarındadır.
OPEK-in tərkibinə 12 ölkə daxildir. Bunlar Əlcəzair, Anqola, Venesuela, İraq, İran, Qatar, Küveyt, Liviya, Nigeriya,  Birləşmiş Ərəb Əmirliyi, Səudiyyə Ərəbistanı və Ekvator daxildir. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar