Oğuzda sahibkarlar üçün seminar keçirilib
31 Mart 2011 Cümə Axşamı 19:57
Seminar “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda olub.
Bu gün Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı, Oğuz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Oğuz şəhərində Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması” mövzusunda seminar keçirilib. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, tədbirdə İqtisadi İnkişaf Nazirliyinin Şəki-Zaqatala regional bölməsinin, Oğuz Rayon İcra Hakimiyyətinin, Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin əməkdaşları, eləcə də 20-dən çox sahibkar iştirak edib.

Seminarda risklərin mahiyyəti, biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti və bu sahədə qanunvericilik bazası, kənd təsərrüfatında sığortanın xüsusiyyətləri və s. barədə ətraflı məlumat verilib. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində sahibkarlara metodiki vəsaitlər də paylanıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar