Neftin qiyməti qlobal böhrandan sonra rekord həddə çatıb
16 Aprel 2010 Cümə 07:00
Buna səbəb kimi Çin iqtisadiyyatındakı böyümənin davam etməsi və neftə olan təlabatın artması göstərilir.
Həftənin əvvəli ucuzlaşan neftin qiyməti qlobal maliyyə böhranından sonra rekord səviyyə qalxıb. Çin iqtisadiyyatındakı böyümənin davam etməsi və neftə olan təlabatın artması ilə bağlı söylənən proqnozlar qara qızılın bir barelinin 86 dollara satılmasına səbəb olub. Ekspertlərin fikirincə yaxın müddət ərzində neftin istehlakı artacaq.

Ən son məlumatldara görə isə, “Texas” nefti 85 dollar 64 sentə, “Brent” nefti 87 dollar 36 sentə təklif olunur. “Azəri Layt” markalı Azərbaycan nefti isə dünənki hərraclarda 86 dollar 90 sentə satılıb. Maliyyə bazarlarında avro 1 dollar 35 sentə dəyişdirilir. Qızılın unsiyası isə 1160 dollara və ya qramı 37 dollar 38 sentədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar