Neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib
27 May 2011 Cümə 13:08
"Azəri Layt” markalı neftin bir barrelinin qiyməti 0,42 dollar yüksələrək 118,89 dollara satılıb
Dünya birjalarında neftin qiyməti ötən gün müxtəlif istiqamətlərdə dəyişib. Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,09 dollar düşərək 100,23 dollara, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,12 dollar artaraq 115,05 dollara bərabər olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən bildiriblər ki, ötən gün “Azəri Layt” markalı neftin bir barrelinin qiyməti isə London birjasında 0,42 dollar yüksələrək 118,89 dollara satılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar