Neftin qiyməti 108 dollara çatdı
02 Aprel 2011 Şənbə 02:50
“Qara qızıl” həftəni bahalaşma ilə başa vurdu.
ABŞ-da məşğulluqla bağlı müsbət məlumatlar və Liviyada davam edən münaqişənin dünya bazarlarına təsiri ilə bağlı narahatlıqlar fonunda aprelin 1-də neft bahalaşıb. Məlumatı “Reuters” agentliyi yayıb.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,34 dollar artaraq, 118,70 dollara çatıb. Bu, 2008-ci ilin avqustundan bu yana birjada pik qiymətdir.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 1,22 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 107,94 dollar təşkiledib.

ABŞ-ın Əmək Nazirliyinin ötən gün açıqladığı məlumatlara görə, martda Amerikada 8,8 faizə (fevralda 8,9 faiz) enib. İqtisadiyyatın qeyri-kənd təsərrüafatı sahələrində iş yer yerlərində sayı 216 min artım qeydə alınıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar