Neftin bahalaşması dövlət büdcəsinə dəyişiklikləri şərtləndirib
23 May 2011 Bazar Ertəsi 23:16
Samir Şərifov: "Gəlirlərin 4 istiqamət üzrə artımı gözlənilir".
Neftin qiymətinin qalxması Azərbaycanda cari ilin dövlət büdcəsinə dəyişiklikləri şərtləndirib. Əhalinin müəyyən qrupunun əmək haqlarının artırılmasını da nəzərdə tutan “2011-ci il üçün Dövlət büdcəsi haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi bu gün Milli Məclisin iqtisadi siyasət komitəsində müzakirə edilib. Maliyyə naziri Samir Şərifov büdcəyə təklif edilən dəyişikliklər barədə məlumat verdikdən sonra sənədin parlamentin gündəliyinə salınması tövsiyyə edilib.

“Neftin 1 barelinin qiyməti 60 dollardan 80 dollara qalxması 2011-ci il dövlət büdcəsinin gəlirlərinin əlavə olaraq 770 milyon manat, Neft Fondunun gəlirlərinin isə 3 milyard 684 milyon manat artmasına əsas verir. 2011-ci il dövlət büdcəsinin gəlirlərini 3 milyard 493 milyon manat artırırılaraq 15 milyard 554 milyon manat çatdırılması nəzərdə tutulub ki, bu da proqnoza nisbətən 29 faiz çoxdur”,- deyə maliyyə naziri Samir Şərifov bildirib.

Maliyyə naziri Samir Şərifovun sözlərinə görə, gəlirlərin 4 istiqamət üzrə artımı gözlənilir. Belə ki, Vergilər Nazirliyindən büdcəyə 740 milyon manat, Dövlət Gömrük Komitəsindən 20 milyon manatın daxil olacağı, eləcə də Neft Fondundan transfertin 2 ,7 milyard təşkil edəcəyi gözlənilir. Digər daxilolmalar üzrə isə 10 milyon manat artım nəzərdə tutulub. Xərclərin nəzərdə tutulan 698 milyon manatının 463 milyonu əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə yönələcək. Bura ilk növbədə pensiya sistemində aparılan islahatlar daxildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar