Neft ucuzlaşıb
30 Dekabr 2009 Çərşənbə 22:05
Neft ucuzlaşıb. "Qara qızıl" bareli 78, 66 dollara satılıb.
Bu gün dünya bazarlarında neftin qiyməti gözlənilmədən ucuzlaşıb. Nyu-Yorkun satış birjalarında neftin bir barelinin qiyməti 21 sent və ya 0,3 faiz aşağı enərək 78,66 dollar təşkil edib.

Londonda isə “Brent” markalı neftin bareli 5 sent və ya 0,07 faiz ucuzlaşaraq 76,9 dollara satılıb.

Ekspertlər hesab edir ki, “qara qızılın” gözlənilmədən ucuzlaşması ABŞ-ın Energetika Nazirliyinin neft və neft məhsullarının ehtiyatı barədə açıqlamasından sonra baş verib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar