Neft ucuzlaşdı
06 Aprel 2011 Çərşənbə 03:54
“Qara qızıl”ın bir barelinin qiyməti 108,34 dollaradək azalıb
Yaxın Şərqdə və Afrikanın şimalında davam edən münaqişələr fonunda dünya bazarlarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,16 dollar artaraq, 122,22 dollara çatıb.

Nyu-York birjasında isə neft 0,13 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 108,34 dollar təşkil edib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar