Neft kəskin ucuzlaşdı
05 Fevral 2010 Cümə 02:40
“Qara qızıl”ın bir barelinin qiyməti London birjasında 72,13 dollara, Nyu-York birjasında isə 73,14 dollara düşüb
Ötən gün dünya bazarlarında neft qiymətlərində kəskin ucuzlaşma qeydə alınıb. Mütəxəssislər bunu ABŞ-da işsizliklə bağlı mənfi proqnozlar, eləcə də təbii qaz hasilatı həcminin azalması ilə əlaqələndirirlər.

London birjasında “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 3,79 dollar azalaraq, 72,13 dollara düşüb.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neft 3,84 dollar ucuzlaşıb. Bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 73,14 dollar təşkil edib. Bu, ötən dörd ay ərzində bir gündə ən ciddi ucuzlaşmadır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar