Neft bahalaşdı
08 Aprel 2011 Cümə 02:35
“Qara qızıl”ın bir barelinin qiyməti 110,3 dollara çatıb
Yaponiyada yeni güclü zəlzələ və Avropa Mərkəzi Bankının baza dərəcəsini artırılması barədə qərarı fonunda dünya bazarlarında neftin qiyməti artıb.

London birjasında “Brent Crude Oil” markalı neft 0,33 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 122,26 dollar təşkil edib.

Nyu-York birjasında isə “Light Sweet Crude Oil” markalı neftin bir bareli 2008-ci ilin sentyabrından bu yana 1,47 dollar artaraq, 110,3 dollara çatıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar