Neft 3 faiz bahalaşdı
26 İyun 2010 Şənbə 04:50
Karib dənizində fırtınanın fəallaşması Meksika körfəzində neft hasilatını təhlükə altında qoyub.
Ötən gün dünya bazarlarında neftin qiyməti orta hesabla 3 faiz artıb. Mütəxəssislər bunu Karib dənizində fırtına fəallığının artmasında və Meksika körfəzində neft hasilatının təhlükə altına düşməsi ilə izah edirlər.

Nyu-York birjasında “Light Sweet Crude Oil” markalı neftin bir bareli 2,37 dollar bahalaşıb. Bu markadan olan “qara qızıl”ın qiyməti 78,86 dollar təşkil edib.

London birjasında isə “Brent Crude Oil” markalı neftin bir barelinin qiyməti 1,65 dollar artıb və 78,12 dollara çatıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar