Minik avtomobilinin qiymətində yük maşını
17 May 2011 Çərşənbə Axşamı 10:57
"Unileasing" şirkəti yeni layihəsini təqdim edir
Azərbaycan lizinq bazarının lideri olan "Unileasing" Qapalı Səhmdar Cəmiyyəti (www.unileasing.az) "Minik avtomobilinin qiymətində yük maşını" yeni layihənin icrasına başlayıb. Yenilik çərçivəsində 2007-2008-ci il istehsalı olan (yaxşı vəziyyətdə) "ISUZU" markalı aztonnajlı yük maşınları ilkin ödəniş 3000 AZN ödəməklə, 579 AZN-dən aylıq ödəniş olmaqla 48 ay müddətinə kimi sərfəli şərtlərlə lizinq yolu ilə əldə etmək mümkündür. Bundan başqa yüksək keyfiyyətli və etibarlı "ISUZU" markalı yük maşınları 18000 AZN-dən başlayaraq nağd qiymətdə əldə etmək olar.

"Unileasing" QSC-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, layihə çərçivəsində yük maşınların sığortası və DYP-də qeydiyyatı "Unileasing" lizinq şirkətindən bonus kimi PULSUZ verilir. Soyuducu qurğularla və qaldırıcı liftlərlə təmin olunmuş, 3.5 - 5 tona qədər yükqaldırma qabiliyyəti olan "ISUZU" aztonnajlı yük maşınları ərzaq və istehlak malları, həmçinin mebel, sənaye avadanlığı, tikinti materialları və başqa yüklər daşınması üçün ideal nəqliyyat vasitələrdir.

Layihə və yük avtomobillər haqqında ətraflı informasiya "Unileasing" şirkətinin korporativ saytı (www.unileasing.az) və Resale.az (www.resale.az) – satışa təqdim olunmuş kredit/lizinq obyektlər üzrə online informasiya bazasında əldə etmək mümkündür.

*** 01.04.2011-ci il tarixinə olan məlumatına əsasən şirkətinin portfeli 32 292 434 manat, nizamnamə kapitalı – 1 800 000 manat təşkil edir, cari il birinci kvartal ərzində maliyyələşdirilmiş lizinq obyektlərinin ümumi dəyəri 4 100 000 manat ötür və bu müddət ərzində respublikanın iqtisadiyyatına təxminən 4 000 000 manata yaxın sərmayə qoyulmuşdu, bu isə Unileasing yerli bazarda olan lider mövqeləri bir daha da təsdiq edir.
Qeyd etmək lazımdır ki, şirkətin bütün göstəriciləri Pricewaterhouse Coopers və Deloitte & Touche nüfüzlu auditor şirkətlərinin hesabatlarıyla təsdiq edilmişdir, EBRD, M&T Bank, Eximbank USA və digər nüfuzlu maliyyə institutlarının kredit xətləri, rəqiblərdən daha əlverişli şərtlərə layihələri maliyyələşdirməyə imkan verir.
Hal-hazırda şirkət minik avtomobillərinin, yük maşınları, inşaat texnikası, sənaye və tibbi avadanlıq, yaşayış və ticarət üçün daşınmaz əmlakın əldə etməsinin maliyyələşdirməsi üzrə xidmətlər göstərir.
Yaxın vaxtlarda şirkət bazara istifadə olunmuş minik avtomobillərinin lizinqi yeni layihəni təqdim edəcək.



DOSTLARINLA PAYLAŞ:

oyunlar