Metro Goldwyn Mayer satılır
15 Noyabr 2009 Bazar 18:15
Şirkətin hissə-hissə satılacağı bildirilir
Dünya maliyyə böhranı nəhəng şirkətlərdən də yan keçməyib. Belə ki, məşhur “Metro Goldwyn Mayer” şirkəti düşdüyü borclara görə, hissə-hissə satılmalı olacaq. Məlumata görə, 3,5 milyard dollar ziyana düşən şirkət bütün əmlakını, o cümlədən film kitabxanasını və şirkətin "Bağıran şir" loqotipini satacaq.

Qeyd edək ki, MGM-nın borcunun ümumi məbləği 3,7 milyard dollar təşkil edir. Analitiklər hesab edir ki, şirkət bütün əmlakını satsa da, maksimum 1,5 milyard dollar əldə edəcək.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar