Mərkəzi Bankın notları üzrə hərrac keçirilib
02 Fevral 2011 Çərşənbə 17:50
Hərrac zamanı 20 milyon manat həcmində notlar yerləşdirilib
Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50100530S dövlət qeydiyyat nömrəli, ümumi həcmi 30 milyon manat, hərraca çıxarılan həcmi 20 milyon manat, bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, hərracda 6 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 54 131 400 manat təşkil edib.
Sifarişlər 99.8948 faiz (gəlirlik 1.35 faiz) və 99.8447 faiz (gəlirlik 2.00 faiz) qiymət intervalında təqdim edilib.
Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti – 99.8775 faiz (gəlirlik 1.58 faiz), orta ölçülmüş qiymət – 99.8894 faiz (gəlirlik 1.42 faiz) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.
Notların nominal üzrə reallaşdırılmış həcmi 20 milyon manat məbləğində müəyyən edilib, о cümlədən 4 002 300 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla. Notların ödəmə tarixi 02 mart 2011-ci ildir.
DOSTLARINLA PAYLAŞ: