Mərkəzi Bankın keçirdiyi müsabiqə yekunlaşıb
10 İyul 2011 Bazar 17:36
Bank tərəfindən qızıl xatirə sikkəsinin dizaynının yaradılması məqsədilə keçirilən müsabiqəyə yekun vurulub.
Mərkəzi Bank tərəfindən Azərbaycan dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar hazırlanacaq qızıl xatirə sikkəsinin dizaynının yaradılması məqsədilə keçirilən müsabiqə yekunlaşıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müsabiqə üçün təqdim olunmuş eskizlər münsiflər heyəti tərəfindən qiymətləndirilib.

İştirakçılardan “OZZO” (Orxan Qurbanov və Zeynəb Həsənlinin birgə təqdim etdiyi layihə) və Elşən Vəlicanovun hazırladıqları eskizlərin fərqli və xatirə sikkəsinin dizaynına ideya baxımından qismən uyğun olmasını nəzərə alaraq həmin layihələrin hər biri üzrə 500 manat məbləğində həvəsləndirici mükafatla təltif olunması barədə qərar verilib.

Qeyd edək ki, mükafatlandırma münsiflər heyəti tərəfindən Mərkəzi Bankda keçiriləcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar