Mərkəzi Bankın 35 milyon manatlıq notları yerləşdirilib
25 May 2011 Çərşənbə 20:17
Bakı Fond Birjasında keçirilən hərracda 7 investor iştirak edib.
Bu gün Bakı Fond Birjasında (BFB) Mərkəzi Bankın 50102030S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi - 50 milyon manat, hərraca çıxarılan həcmi 35 milyon manat, bir notun nominal dəyəri - 100 manat, tədavül müddəti - 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, hərracda 7 investor iştirak edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 74 159 100 manat təşkil edib.

Sifarişlər 99.8500% (gəlirlik 1.93%) və 99.7827% (gəlirlik 2.80%) qiymət intervalında təqdim edilib. Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.8238% (gəlirlik 2.27%), orta ölçülmüş qiyməti – 99.8318% (gəlirlik 2.17%) səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilib.

Notların nominal üzrə reallaşdırılmış həcmi 35 000 000 manat məbləğində müəyyən edilmişdir, о cümlədən 2 996 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla. Notların ödəmə tarixi 22 iyun 2011-ci ildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar