Mənfəəti iki dəfə azalan bank - Unibank
23 Yanvar 2010 Şənbə 11:50
"Unibank" ötən il 3,37 milyon manat xalis mənfəət əldə edib
"Unibank" ASC 2009-cu ilin yekunu üçün vergi ödəniləndən sonra 3,37 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən illə müqayisədə 3,32 milyon manat və ya iki dəfə azdır. Bankın gəlirləri 53,5 milyon manat, xərcləri 49,82 milyon manat olub. Bu, müvafiq olaraq 31,8 faiz və 28,2 faiz azalma deməkdir.

Aktivlər ötən il 15,5 faiz azalaraq 352,95 milyon manat olub. Hesabat dövtründə fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 33,9 faiz azalaraq 210,9 milyon manat olub.

Bankın ümumi öhdəlikləri 367,62 milyondan 306,29 milyon manatadək azalıb. Depozit portfeli 11,5 faiz genişlənərək 137,93 milyon manat təşkil edib. Müddətli müştəri əmanətləri 15 faiz artaraq 94,53 milyon manata çatıb.

Balans kapitalı 6,4 faiz azalaraq 46,65 milyon manat olub, məcmu kapital 7,2 faiz azalma ilə 59,46 milyon manat təşkil edib. Ödənilmiş nizamnamə fondu 2 dəfə artaraq 30 milyon manat təşkil edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar