MDB ölkələri dollardan imtina edə bilərlər
21 Noyabr 2009 Şənbə 00:25
Hökumət başçıları hesablaşmalarda milli valyutalarda istifadəni dəstəkləyiblər
MDB ölkələrinin hökumət başçıları hesablaşmalarda dollar əvəzinə milli valyutalardan istifadə olunması təklifini dəstəkləyiblər. Rusiya baş nazirinin müavini, maliyyə naziri Aleksey Kudrin bildirib ki, bu proses yaxın illərdə reallaşa bilər: “Biz müzakirələr zamanı böhran əleyhinə plana çox diqqətlə yanaşdıq. Hesablaşmalarda milli valyutalardan istifadə olunması məsələsini xüsusi qeyd etdik”. Onun sözlərinə görə, bütün hökupət başçıları bu plan üzrə hərəkət etmək təklifini dəstəkləyiblər. Rusiya baş nazirinin müavini onu da bildirib ki, toplantıda hesablaşmalarda milli valyutalara üstünlük verilməsinə dərhal başlanılması təklifləri də səslənib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar