MBASK nizamnamə kapitalını artıracaq
18 Mart 2010 Cümə Axşamı 10:45
Atırılma prosesi başa çatdıqdan sonra MBASK nizamnamə kapitalı 5 730 000 manat təşkil edəcək
“MBASK” Sığorta Şirkətinin səhmdarlarının ümumi yığıncağı keçirilib. Şirkətin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, iclasda şirkətin 2009-cu ildə fəaliyyətinin nəticələri nəzərdən keçirilib, 2010-cu il üçün şirkətin büdcəsi təsdiq edilib, rəhbər vəzifələrə namizədlər irəli sürülüb, habelə nizamnamə kapitalının artırılması barədə qərar qəbul edilib.

Ötən il əldə edilmiş gəlirdən 2 730 000 manatı şirkətin nizamnamə kapitalının artırılmasına yönəldilməsi haqqında qərar qəbul edilib. Nəticədə şirkətin bu gün üçün 3 000 000 manat təşkil edən nizamnamə kapitalı, səhmlərin nominal dəyərinin artırılması prosesi başa çatdıqdan sonra 5 730 000 manat təşkil edəcək.

Eyni zamanda, şirkətin İdarə Heyətinin sədri Cəmil Məlikovun dövlət qulluğuna işə keçməsi ilə əlaqədar olaraq, bu vəzifəyə sonradan Maliyyə Nazirliyi ilə razılaşdırılmaq üçün namizəd irəli sürülüb.

“MBASK”ın İdarə Heyəti sədrinin müavini Rəşad Abbasov bildirib ki, bu cür qısa vaxt kəsiyi ərzində şirkətin nizamnamə kapitalının demək olar ki, 3 dəfə artırılması “MBASK”ın yüksək gəlirlilik göstəricilərinə nail olması sayəsində mümkün olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar