"MBASK"da kadr dəyişikliyi olub
11 İyun 2010 Cümə 18:00
MBASK Sığorta şirkətinin səhmdarlarından biri öz səhm payını satdığını elan edib.
“MBASK” sığorta şirkətində kadr dəyişikliyi olub. Sığorta şirkətinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səhmdarların ümumi yığıncağında İdarə Heyətinin üzvü və baş mühasib seçilib.
Belə ki, şirkətin maliyyə direktoru Rauf Atakişiyev İdarə Heyətinin üzvü, Roman Bandurin baş mühasib təyin edilib. “MBASK”da İdarə Heyətinin sədri vəzifəsi isə hələ də vakant olaraq qalır.

Qeyd edək ki, buna qədər İdarə Heyətinin sədri vəzifəsini Cəmil Məlikov tutub. Amma o, dövlət işinə getdiyindən yeni namizəd irəli sürülüb.

Bu arada “MBASK” sığorta şirkətinin səhmdarlarından olan Natella Mikuçadze səhmdarların ümumi yığıncağında öz səhm payını satdığını elan edib. Mikuçadze həmçinin “MBASK” Direktorlar Şurasının üzvüdür. Onun payının həcmi barədə məlumat verilmir.

Qeyd edək ki, “MBASK” sığorta şirkəti yerli bazarda 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları hüquqi şəxslər 37,1 faiz (Avropa Yenidənqurma və İnkişaf Bankı – 30 faiz, Unibank -7,1 faiz), eləcə də fiziki şəxslərdir (62,9 faiz). Şirkət 25 könüllü, 4 icbari sığorta növü üzrə xidmət göstərir. Ödənilmiş nizamnamə fondu 3 milyonn manatdır. "MBASK"ın ölkədə 7 filial və təmsilçiliyi var. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar