Kapital Bank mənfəətini 40 faiz artırıb
16 Noyabr 2009 Bazar Ertəsi 17:20
”Kapital Bank” depozit portfeli 4,4 faiz genişlənib
"KapitalBank" ASC-nin aktivləri bu ilin yanvar-oktyabrında 9.6 faiz azalaraq 522,13 milyon manat olub. Fiziki və hüquqi şəxslərə verilən kredit həcmi 22,7% azalaraq 284,07 milyon manat olub.
Bankın ümumi öhdəlikləri 494,31 milyon manatdan 433,7 milyon manata enib. Depozit portfeli 4,4 faiz genişlənərək 237,54 milyon manat təşkil edib. Müddətli müştəri əmanətləri 4,7 artaraq 82,37 milyon manata çatıb.
Balans kapitalı 6,1 faiz artaraq 88,42 milyon manatı keçib, məcmu kapital 7,2 faiz artaraq 77,1 milyon manata yüksəlib. Ödənilmiş nizamnamə fondu 24 milyon manat səviyyəsində qalıb.
Bankın gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 50,82 milyon manat olub. Xərcləri isə 4,1 faiz artaraq 42,71 milyon manata çatıb. Vergi ödənilənə qədər xalis mənfəət 37,6 faiz artaraq 8,12 milyon manat təşkil edib. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar