Kapital Bank Bill Pay sisteminə qoşuldu
17 May 2011 Çərşənbə Axşamı 23:32
Kapital Bank yeni onlayn ödəniş xidməti Bill Payi istifadəyə verib.
“Kapital Bank” öz saytında "Bill Pay" - yeni onlayn ödəniş xidmətini istifadəyə verib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu xidmət vasitəsilə bankın plastik kart sahibləri olan müştəriləri kommunal, eləcə də, mobil və stasionar telefon, internet provayder, kabel televiziyası və s. xidmətləri on-layn rejimində ödəmək imkanı qazanırlar.

"Bill Pay" sistemə daxil olmaq və aylıq ödənişlər üzrə əməliyyatlar aparmaq prosesi olduqca sadə və sürətlidir.

Qeyd edək ki, "Golden Pay" sistemi "Master Card" və "Visa" beynəlxalq ödəniş sistemlərinin təhlükəsizlik lisenziyalarına malikdir ki, bu da əməliyyatların tam təhlükəsizliyinə zəmanət verir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar