Kapital Bank beynəlxalq konfransda təmsil olunub
22 Aprel 2011 Cümə 21:28
“Kapital Bank” MDB dövlətlərinin I Beynəlxalq Konfransında iştirak edib.
Ukraynanın Yalta şəhərində “Beynəlxalq bank əməliyyatları: səmərəli yolların axtarışı” mövzusunda MDB dövlətlərinin I Beynəlxalq Konfransı keçirilib. “Biznes Format” şirkəti tərəfindən təşkil olunmuş tədbirdə “Kapital Bank”ı bankın İdarə Heyəti sədrinin müavini Araz Əliyev təmsil edib.

Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, konfransda beynəlxalq bank əməliyyatları zamanı tətbiq edilən yeni imkan və vasitələr, maliyyə bazarında səmərəli həll yolları, sənədli əməliyyatlar, müxbir əlaqələr sahəsində ənənə və müasirlik və s. mövzular müzakirəyə çıxarılıb, iştirakçılar arasında təcrübə mübadiləsi aparılıb.

Qeyd edək ki, “Kapital Bank” bu gün xarici ölkələrin nüfuzlu banklarında geniş müxbir hesabları şəbəkəsinə malikdir. Getdikcə inkişaf etdirilən beynəlxalq əlaqələr bank müştəriləri üçün geniş imkanlar açır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar