İş adamlarına kredit paylanacaq
26 Mart 2009 Cümə Axşamı 13:40
Gəncə və Bərdədə iş adamlarına kreditlər paylanacaq, Layihələr maliyyələşdirilərkən kənd təsürrüfatı və sənaye məhsullarının istehsalı, emalı, səhiyyə, turizm layihələrinə üstünlük verilir
Bu gün Gəncə və Bərdədə ətraf rayonların iş adamlarına Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditlərin paylanmasına başlanacaq. Bundan əvvəl fond xətti ilə Ağsu və İmişlidə ətraf rayonlardan olan 130-a qədər fermerə kredit verilib. Qeyd edək ki, layihələr maliyyələşdirilərkən kənd təsərrüfatı və sənaye məhsullarının istehsalı, eləcə də emalı, qədim xalq sənətkarlığının inkişaf etdirilməsi, informasiya kommunikasiya texnologiyaları, səhiyyə, turizm layihələrinə üstünlük verilir. Bu il büdcədən fonda 80 milyon manat ayrılıb.
 
 
 


DOSTLARINLA PAYLAŞ:

oyunlar