İrandakı hadisələr dünya iqtisadiyyatı üçün risklidir
22 İyun 2009 Bazar Ertəsi 02:05
“İrandakı qeyri-sabilik neft bazarına təsir edə və investorları qorxuda bilər”

İrandakı hadisələr dünya iqtisadi böhranına mənfi təsir göstərə biləcək risklərdən biridir. ANS PRESS, “Deutsche Welle” radiostansiyasına istinadən xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının rəhbəri Jan-Klod Trişe deyib. O, Fransanın “Europe 1” radiostansiyasına müsahibəsində deyib ki, İrandakı qeyri-sabilik neft bazarına təsir edə və investorları qorxuda bilər. Bununla belə, AMB rəhbəri hesab edir ki, İrandakı hadisələri dramatikləşdirməyə ehtiyac yoxdur.
Jan-Klod Trişenin fikrincə, 2010-cu ildə dünya üzləşdiyi maliyyə böhranından çıxa bilər: “Lakin bunun üçün Avropa hökumətləri yeni antiböhran proqramlarına vəsait xərcləməməli və maliyyə vəziyyətini nəzarət altına almalıdırlar. Elə vaxtlar var ki, yeni xərclər etmək və yeni borclar almaq olmaz. Hazırda biz məhz həmin vəziyyətdəyik”. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar