İran dollardan imtina edir
23 Noyabr 2009 Bazar Ertəsi 20:25
İran dollardan imtina edir. Aparılan siyasət nəticəsində ölkə 5 milyard dollar irəli düşüb.
İran İslam Respublikası bütün dünyada hökmranlıq edən dollardan imtina edib. İran Mərkəzi Bankının rəhbəri Mahmud Bəhməni bildirib ki, dövriyyədə ABŞ dolları əvəzinə avroya yer verilib və bu, ölkə üçün olduqca mənfəətli olub. Belə ki, bu siyasət nəticəsində ölkə 5 milyard dollar irəli düşüb.

Bəhməninin sözlərinə görə, məzənnədəki dolları böyük miqdarda digər pul vahidləri ilə dəyişdiriblər. O, bildirib ki, İran 2007-ci ildən bəri neft satışlarında demək olar ki, 85 faiz dollardan istifadə etmir. ANSPRESS




DOSTLARINLA PAYLAŞ:

oyunlar