İpoteka Fondunun istiqrazları yerləşdirilib
02 May 2011 Bazar Ertəsi 17:39
Bakı Fond Birjasında növbəti hərrac keçirilib.
Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının 3 milyon manatlıq hissəsinin yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bakı Fond Birjasından ANS PRESS-ə verilən məlumata görə, hərracda 2 investor iştirak edib. Sifarişlərin ümumi məbləği nominal üzrə 10 008 000 manat təşkil edib.

Sifarişlər 100,8750% qiymətdə təqdim edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 milyon manat məbləğində müəyyən edilib. İstiqraz vərəqələrinin ödəmə tarixi 11 dekabr 2017-ci ildir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar