"İpək yolu" ilə 12,2 milyon ton yük daşınıb
19 May 2010 Çərşənbə 16:40
Dəhlizin Azərbaycan ərazisindən keçən hissəsi ilə 50,5 milyon sərnişin daşınıb.
Bu ilin birinci rübündə “İpək yolu” dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsi ilə 12,2 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 8,5 faiz çox yük, 50,5 milyon nəfər və ya 7,9 faiz çox sərnişin daşınıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, yüklərin 39,2 faizi dəmir yolu, 44,4 faizi avtomobil, 16,4 faizi dəniz nəqliyyatı ilə daşınıb. Ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 28,2 faizini təşkil edib.

Ölkə ərazisindən ötürülmüş tranzit yüklərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,2 faiz artaraq 3,6 milyon ton təşkil edib, daşınmış yüklərin 55,0 faizi dəmir yolu, 45,0 faizi dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.

Daşımalardan əldə olunan gəlirlərin həcmi 15,6 faiz çoxalaraq 75,2 milyon manat təşkil edib, onun 41,7 faizi dəmir yolu, 21,9 faizi dəniz, 36,4 faizi isə avtomobil nəqliyyatının fəaliyyəti nəticəsində əldə edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar