İki qaz şirkəti memorandum imzaladı
04 Dekabr 2009 Cümə 15:40
Bunlar “Cənub axını” layihəsi üzrə əməkdaşlıq edən “Eni” və “Qazprom” şirkətləridir
“Cənub axını” layihəsi üzrə əməkdaşlıq edən İtaliyanın “Eni” və Rusiyanın “Qazprom” şirkəti arasında memorandum imzalanıb. Sənədə əsasən, hər iki şirkət “Cənub axını” layihəsinə Fransanın “İDF” şirkətinin qoşulmasını dəstəkləyir.

Razılığa əsasən, Fransa şirkəti layihədə ən azı 10 faiz paya malik olacaq. Hazırda isə İtaliya və Rusiya layihədə bərabər paya malikdir.

“Qazprom” şirkətinin rəhbəri Aleksey Millerin sözlərinə görə, Fransanın bu layihəyə qoşulması Rusiya qazının Avropaya nəqlinin tranzit risklərini azaltmağa imkan verəcək. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar