"Hər bir ehtiyac üçün pul krediti!"
27 Aprel 2011 Çərşənbə 19:26
“Bank of Baku” bu şüar altında geniş çeşiddə pul kreditlərini təklif edir
“Bank of Baku” müştərilərinə “Hər bir ehtiyac üçün pul krediti!” şüarı altında geniş çeşiddə nağd pul kreditlərini təklif edir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, kampaniya 2011-ci il may ayının sonunadək keçirilir.

Kampaniyanın şərtlərinə görə, iş yerindən arayışı təqdim edən hər bir şəxs 24 ay müddətinə 4000 manatadək kredit almaq imkanını əldə edir. Məbləğdən asılı olaraq müştərinin aylıq ödənişləri dəyişə bilər. Məsələn, 1000 manat kredit götürüldüyü halda aylıq ödəniş haqqı 55 manatdan başlayacaq; 2000 manat üçün – ayda 110 manatdan başlayaraq, 4000 manat üçün – ayda 220 manatdan başlayaraq ödəniş nəzərdə tutulur.

Qeyd edək ki, aylıq ödənişlər müsbət tarixçəli təkrar müştərilər üçün kreditin 2 il müddətinə verilmə şərtilə hesablanıb. Digər müştərilər üçün isə aylıq ödənişlər faiz dərəcəsindən asılı olaraq dəyişə bilər.

Kampaniya ərzində sərfəli kreditdən aşağıda qeyd olunmuş şəxslər faydalana bilərlər:
- Bankın təkrar müştəriləri
- Banka ilk dəfə müraciət edən bütün dövlət və özəl müəssisələrinin əməkdaşları
- Banka ilk dəfə müraciət edən bütün təhsil və tibb müəssisələrinin əməkdaşları

Qeyd edək ki, bank müştəriləri üçün daim həyata keçirdiyi uğurlu kredit kampaniyaları nəticəsində 31.03.2010-cu il tarixinə olan göstəricilər ilə müqayisədə bankın istehlak kreditləri portfelinin həcmi 50,39 faiz artaraq 2011-ci ildə 163134,84 manat təşkil edir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar