Həftəlik xammal bazarı
13 Fevral 2010 Şənbə 21:40
Neft və qızılın qiymətində nikbinlik müşahidə olunsa da, valyuta bazarı ürək açan olmayıb
Bu həftə dünya bazarlarında neft bir qədər bahalaşıb. Həftənin ilk iş günü 71 dollar 35 sentə satılan “Azəri layt” markalı Azərbaycan nefti həftənin ortalarında 74 dollardan baha satılıb. Həftəsonu qara qızılın bareli 72 dollardan baha olub.

Bu həftə avronun məzənnəsi yenə də aşağı düşüb. Həftə ərzində Avropa valyutasının kursu 1 dollar 37-36 sent arasında dəyişib.

Qızılın qiymətində isə artım qeydə alınıb. Qiymətli metalın unsiyası həftənin əvvəlində 1066 dollara təklif olunurdusa, həftə sonu qiymət 1090 dollar qalxıb. Başqa sözlə, qızılın qramı 35 dollar 16 sentədir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar