Həftə neftin ucuzlaşması ilə yekunlaşdı
11 İyun 2011 Şənbə 16:28
Buna səbəb Səudiyyə Ərəbistanın növbəti aylarda neft hasilatını əhəmiyyətli dərəcədə artırmaq niyyətidir
Dünya bazarlarında neftin qiyməti yenidən düşüb. Buna səbəb Səudiyyə Ərəbistanın növbəti aylarda neft hasilatını əhəmiyyətli dərəcədə artırmaq qərarına gəlməsidir.

Belə ki, Londonun IСE (InterContinental Exchange Futures) birjasında “Brent Crude Oil” markalı neftin qiyməti 0.79 dollar ucuzlaşıb. Belə ki, bu markadan olan “qara qızıl”ın bir barelinin qiyməti 118,78 dollar olub.

Nyu-Yorkun NYMEХ (New York Merchantile Exchange) birjasında “Light Sweet Crude Oil” markalı neftin bir barelinin qiyməti 2,64 dollar düşərək 99,29 dollar təşkil edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar