“Günay Bank” nizamnamə kapitalını artırır
07 May 2010 Cümə 11:40
Günay Bankın hər birinin nominal dəyəri 4783 manat olan 2723 ədəd adi sənədsiz adlı səhmləri dövlət qeydiyyatına alınıb.
Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Günay Bank” Açıq Səhmdar Cəmiyyətinin hər birinin nominal dəyəri 4783 manat olan 2723 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ100200016P qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, səhmlər cəmiyyətin qeydiyyat nömrəsi AZ100100016, hər birinin nominal dəyəri 4 000 manat olan 2723 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya üsulu ilə yerləşdiriləcək.

Qeyd edək ki, "Günay Bank" ASC 1992-ci ilin aprel ayının 30-da Azərbaycan Respublikası Milli Bankı tərəfindən qeydə alınıb. Bank Avropa və MDB banklarının daxil olduğu geniş şəbəkəyə malikdir. Bankın "CommerzBank" (Frankfurt Main), Lloyds TSB Bank (London), Türkiyə İş Bankası (İstanbul), European Trust Bank (Moskow) kimi mötəbər maliyyə institutlarında müxbir hesabları var. Xarici maliyyə institutları ilə əməliyyatlar beynəlxalq bank standartlarına uyğun və Azərbaycan Respublikasının müvafiq qanunları çərçivəsində həyata keçirilir. Bank Azərbaycan Banklar Assosiasiyasının və Bakı Fond Birjasının üzvüdür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar