Fitch RatingsUnibankın reytinqini təsdiqlədi
01 Aprel 2011 Cümə 16:48
Beynəlxalq reytinq agentliyi bankın uzunmüddətli reytinqini “B-” səviyyəsinə təsdiq edib
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Unibank” Kommersiya Bankı ASC-nin emitentin defoltu üzrə uzunmüddətli reytinqlərini (EDR) “B -” səviyyəsində təsdiqləyib. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, “Unibank”ın qısamüddətli EDR-ni agentlik “B” səviyyəsində, fərdi reytinqini “D/E” səviyyəsində, dəstəklənmə reytinqini “5” səviyyəsində, proqnozu isə “sabit” kimi təsdiq edib.

“Fitch” analitiklərinin fikrincə, bankın hazırkı reytinqi bank sisteminin likvidliyinin, konkret olaraq, müştəri depozitlərinin artımı ilə şərtlənən, yaxşılaşmasını nəzərə alır. Reytinq həmçinin özəl investorların cəlb olunmasındakı həcm məhdudiyyətlərini də ehtiva edir. “Fitch”də belə hesab edirlər ki, hazırda “Unibank”ın balansı, problemli kreditlərin ehtiyatlarla daha yaxşı əvəz edilməsi, problemli kreditlərin sonrakı tanınmasında daha az riskin mövcudluğu və əlaqəli tərəflərin kreditləşdirilməsinin aşağı səviyyəsi sayəsində, agentlik tərəfindən reytinqləşdirilən digər banklara nisbətən, daha dayanıqlıdır. Bununla yanaşı, “Unibank” həmçinin daha çox inkişaf etmiş korporativ idarəetməyə, yüksək kapitallaşdırılma səviyyəsinə malikdir, beynəlxalq maliyyə təşkilatları isə onun kapitalında əhəmiyyətli minoritar paylara malikdirlər.

“Fitch”in hesabatında qeyd edilir ki, bankın reytinqinə pozitiv təsirinin qarşısı hələlik gəlirliliyin ixtisara düşməsi ilə alınır. Eyni zamanda, göstəricilərin sabitləşəcəyi və yaxşılaşacağı təqdirdə, aktivlərin və kapitallaşmanın məqbul keyfiyyəti şəraitində “Unibank”ın reytinqi artırıla bilər.

Xatırladaq ki, 2010-cu ilin fevral ayında “Fitch Ratings” reytinq agentliyi “Unibank”ın fərdi reytinqini “E” dərəcədən “D/E” həmhüdud dərəcəsinə qədər artırmışdı. Fərdi reytinqin artırılması Bankın likvidliyinin yüksək olması və maliyyə göstəricilərinin möhkəmlənməsi ilə bağlı idi.


DOSTLARINLA PAYLAŞ:

oyunlar