Finca Azerbaijanın kredit portfeli 21,6 faiz artıb
01 Fevral 2011 Çərşənbə Axşamı 13:15
Qeyri-bank kredit təşkilatının kredit həcmi 25,4 faiz çoxalıb
"Finca Azerbaijan" MMC qeyri-bank kredit təşkilatı ötən il kredit portfelini 14,91 milyon dollar və ya 21,6 faiz genişləndirərək 84,15 milyon dollara çatdırıb. Verilən qrup şəklində kredit həcmi 10,29 milyon dollar və ya 25,4 faiz artaraq 50,82 milyon dollar olub.

Cəmiyyətdən verilən məlumata görə, hesabat dövründə şirkətin müştəriləri 90,56 mindən 97,82 minə artıb. Ötən ilin son ayında 18,15 milyon dollar kredit verilib. Bir il əvvəl bu göstərici 13,86 milyon dollar idi.

Qeyd edək ki, təşkilat qrup şəklində (solidar, kənd) və özəl (ekpress və KOS – kiçik və orta sahibkarlıq) kredit verir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar