FinansLizinq istiqrazlarının yeni emissiyasına başlayır
13 May 2011 Cümə 17:31
FinansLizinq şirkəti nizamnamə kapitalını 195 min manat artırır.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “FinansLizinq” ASC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsi ilə keçiriləcək.

Dövlət qeydiyyat nömrəsi AZ200800657, emissiyanın həcmi 195 000 manat, yerləşdiriləcək istiqrazların sayı 390 ədəd, bir istiqrazın nominal dəyəri 500 manat, istiqrazların tədavül müddəti 900 gün, istiqraz üzrə gəlirlilik 14 faiz, faiz ödəniş dövrünün müddəti 90 gün, anderrayter “Texnika Kapital Menecment” MMC-dir.

Istiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar