FinansLizinq ASC-nin istiqrazlarının yeni emissiyası
30 Mart 2011 Çərşənbə 11:07
Sənədlərin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı BFB-ə müraciət olunub.
Bakı Fond Birjası QSC-yə (BFB) “FinansLizinq” ASC-nin təmin edilməmiş, faizli adlı sənədsiz istiqrazlarının qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunub. BFB-dən ANS PRESS-ə verilən məlumata görə, 30 mart 2011-ci il tarixindən etibarən BFB-də “FinansLizinq” ASC-nin istiqrazlarının yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Emissiyanın parametrləri aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi AZ200700657
Emissiyanın həcmi 600 000 AZN
Yerləşdiriləcək istiqrazların sayı 1200 ədəd
Bir istiqrazın nominal dəyəri 500 AZN
İstiqrazların tədavül müddəti 720 gün
İstiqraz üzrə gəlirlilik 14%,
Faiz ödəniş dövrünün müddəti 90 gün
Anderrayter "Texnika Kapital Menecment" MMC

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər. “FinansLizinq” ASC-nın istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Emitentlər” bölməsində yerləşdirilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar