“Əmrah Sığorta”nın səhmləri BFB-də yerləşdirilib
29 Yanvar 2010 Cümə 16:15
“Əmrah Sığorta”nın səhmlərini əldə etmək istəyənlər broker lisenziyasına malik təşkilata müraciət edə bilər.
“Bakı Fond Birjası” QSC-nə (BFB) “Əmrah Sığorta” ASC-nin adi sənədli adlı səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınmasıyla bağlı müraciət olunub və 02 fevral 2010-cu il tarixindən etibarən BFB-də “Əmrah Sığorta” ASC-nin səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.

Fonddan ANS PRESS-ə verilən məlumata görə, emissiyanın parametrləri aşağıdakı kimidir:

Dövlət qeydiyyat nömrəsi AZ100100883P
Emissiyanın həcmi 1 000 000 AZN
Qiymətli kağızın miqdarı 5 000 ədəd
Nominal dəyəri 200 AZN
Anderrayter “Çelsi Kapital” MMC

Səhmləri əldə etmək istəyən şəxslər BFB-in üzvü olan və broker lisenziyasına malik olan təşkilata müraciət edə bilər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar