Əhalinin banklardakı əmanətlərinin həcmi 34,7 faiz artıb
12 Avqust 2011 Cümə 21:42
Bu ilin 7 ayında bu rəqəm 3.5 milyard manata çatıb.
Bu ilin yanvar-iyul ayları ərzində əhalinin banklardakı əmanətlərinin məbləği 2010-cu ilin eyni dövrü ilə müqayisədə 34.7 faiz artaraq 3.5 milyard manata çatıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, milli valyuta ilə qoyulmuş əmanətlərin həcmi 50.5 faiz artaraq 1.7 milyard manat, xarici valyuta şəklində qoyulmuş əmanətlər isə 22.5 faiz artaraq 1.8 milyard manat olub.

Qeyd edək ki, iyulda milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0.79 manat, 1 Avroya 1.13 manat, 100 Rusiya rubluna 2.82 manat, yanvar-iyul aylarında isə müvafiq olaraq 0.79, 1.11 və 2.78 manat təşkil edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar