Dünya bazarında neftin qiyməti 70 dolları keçib
25 İyul 2009 Şənbə 13:05
İyulun 24-də aparıcı neft birjalarında qiymətlər qalxıb. Neftin qiyməti əhəmiyyətli dərəcədə artaraq son üç həftənin maksimal səviyyəsində bərqərar olub.
“APA-ECONOMICS”in məlumatına görə, son bir ayın təchizatı üzrə neft fyüçerslərinin rəsmi qiyməti Londonun “InterContinental Exchange Futures Europe - IPE Brent Crude” hərracında 1 barrelə görə 70,32 (+1,07) dollar, Nyu-Yorkun “New York Mercantile Exchange - Light, Sweet Crude Oil” hərracında 1 barrelə görə 68,05 (+0,89) dollar təşkil edib.
Neft fyüçersləri üzrə sazişlərin qiymətlərində müşahidə olunan müsbət dinamika FOREX bazarında ABŞ dollarının xeyrinə dəyişikliklərin olmaması ilə bağlıdır. Xatırladaq ki, OPEK-in neft “zəmbilinin” qiyməti 2,8% artıb və son üç həftədə ilk dəfə 1 barrelə görə 66 dolları ötüb. İyulun 23-də ticarət gününün sonuna olan məlumata əsasən, OPEK-in “zənbilinin” qiyməti 1,78 dollar bahalaşıb, onun rəsmi qiyməti isə 1 barrelə görə 66,46 dollar təşkil edib. Bu isə iyulun 2-dən bu günə kimi ən yüksək göstəricidir.
 
APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar