Dünya bazarında neft ucuzlaşır
07 Aprel 2009 Çərşənbə Axşamı 14:55
Hərraclarda Azərbaycan nefti 51 dollar 75 sentə satılıb

Dünya bazarında neft ucuzlaşır. Ən son məlumatlara görə, Nyu-Yorkda "Texas" nefti 51 dollar 17 sentə, Londonda "Brent" nefti 52 dollar 40 sentə təklif olunur. Azəri Light markalı Azərbaycan nefti isə dünənki hərraclarda 51 dollar 75 sentə satılıb.
Neftlə yanaşı avro da ucuzlaşır. Maliyyə bazarında Avropanın vahid valyutası 1 dollar 33 sentə dəyişdirilir. Qızılın unsiyası 880 dollara və ya qramı 28 dollar 38 sentədir./ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar