Dubay böhran içindədir
27 Noyabr 2009 Cümə 16:15
Dubay böhran içindədir. Birləşmiş Ərəb Əmirliklərinin borcu 80 milyard dolları keçib.
Birləşmiş Ərəb Əmirliklərinin Dubay əmirliyi ciddi maliyyə böhranı yaşayır. Vəziyyətdən çıxmaq üçün Dubay hökuməti anti-böhran tədbirləri görür və çıxış yolu axtarır.
Bu məsələ ilə bağlı artıq ilin əvvəlindən hökumət 20 milyard dollarlıq bir neçə istiqraz buraxıb. Həmçinin Dubayın ən böyük dövlət holdinqi olan “Dubaı World” korporasiyasından 5 milyard dollar borc götürüb. Bu günlərdə isə böhranla bağlı bank rəsmi Əbu-Dabiyə altı ay ərzində bütün borc ödənişlərinin dayandırdığını elan edib.
Hazırda əmirliyin dövlət borcu təxminən 80 milyard dollardır. Bu borcun 59 milyard dolları isə təkcə “Dubai World” korporasiyasının payına düşür.

Holdinqin maliyyə problemlərinin yaranmasının başlıca səbəbi onunla bağlıdır ki, şirkət daşınmaz əmlak bazarını inkişaf etdirmək məqsədilə böyük sərmayələr yatırmaq istəyib. Amma son altı ay ərzində Dubayda mənzillərin və daşınmaz əmlakın qiymətləri 50 faiz düşüb.
Ən böyük zərbə isə bir müddət sonra əmirliyin başlıca rəmzlərindən biri ola biləcək palma budağının formasında olan üç süni adaya dəyib. Amma buna baxmayaraq, artıq indidən orada bahalı evlər almış bir çox dünya şöhrətli ulduzlar var. İndi onların əldə etdikləri mülkiyyətin dəyəri hər ay sürətlə 150 min dollara qədər düşür.

Bu arada, bir çox analitiklər Dubay hökumətinin tezliklə bu böhrandan çıxa biləcəyini düşünürlər. Körfəz ölkələrinin bankları artıq vəziyyətdən çıxmaq üçün “Dubay World” bankına 5 milyard dollar ilk tranşını veriblər. İlk yardımı Dubay Bankına isə “Əl Hilal" bankı tərəfindən edilib. Bu yardım 500 milyon dollar miqdarındadır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar