Dövriyyəyə yeni qiymətli kağızlar buraxılıb
27 İyul 2009 Bazar Ertəsi 17:55
Nominal dəyəri 1000 manat olan istiqrazlar 5 mln manat həcmindədi

Bu gün Azərbaycan İpoteka fondu faizli, sənədli, adlı istiqrazlarının növbəti hissəsini yerləşdirib. İstiqrazlar 5 mln manat həcmindədir və onların nominal dəyəri 1000 manatdır. Bu, İpoteka fondunun yerləşdirdiyi istiqrazların artıq üçüncü hissəsidir. Bu qiymətli kağızlar 7 illiyə dövriyyəyə buraxılıb. Belə ki, onların dövriyyə müddəti 2016-cı ilin mayında başa çatır. Müvəkkil banklardan verilən məlumata görə, ipoteka kreditləşməsinə əhali tərəfindən böyük maraq var. /ANS TV/



DOSTLARINLA PAYLAŞ:

oyunlar