Dollar bazarlardan yığışdırılır?
12 Noyabr 2009 Cümə Axşamı 22:00
Beynəlxalq Valyuta Fondu dünya ölkələrinin mərkəzi banklarına bəzi məsləhətlər verib
Beynəlxalq Valyuta Fondunun (BVF) nüfuzlu iqtisadiyyatçıları ABŞ dolları ilə bağlı olduqca maraqlı məruzə ilə çıxış ediblər. Onlar dünya ehtiyat valyutası qismində dolların məzənnəsinin aşağı salınması təklifini irəli sürüblər.

İqtisadiyyatçılar dünyanın nəhəng ölkələrinin mərkəzi banklarından dollara olan tələbatı azaltmağı və alternativ valyuta ehtiyatları sistemi yaratmağı məsləhət görüblər.

Bu məruzə iqtisadiyyatçıların şəxsi fikirlərini əks etdirsə də, bir çoxları hesab edir ki, bu, BVF tərəfindən hazırlanan dünya maliyyə bazarının yeni təməlinə bir işarədir.
ANSPRESS





DOSTLARINLA PAYLAŞ:

oyunlar