DəmirBank TV reklam kampaniyasına başlayıb
28 Dekabr 2009 Bazar Ertəsi 15:00
DəmirBank TV reklam kampaniyasına başlayıb. Bu, bankın fəaliyyətinin 20 illik yubileyi və bankın yeni adı ilə bağlıdır.
“DəmirBank” fəaliyyətinin 20 illik yubileyi və bankın yeni adı ilə bağlı TV reklam kampaniyasına başlayıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, reklam çarxının hazırlanması ilə bağlı bu ilin sentyabr-oktyabr aylarında bir sıra reklam şirkətləri arasında müsabiqə keçirilib. Reklam çarxında bankın həm yeni adının, həm də 20 illik yubileyinin əhatə olunması mühüm hesab edilib.

Müxtəlif reklam şirkətlərinin təqdim etdiyi ssenarilər nəzərdən keçirilib və “Ratio Counseling” şirkətinin təklif etdiyi ssenari seçilib. Bank və reklam şirkətinin birgə fəaliyyəti nəticəsində reklam çarxı hazırlanıb və artıq efirdə verilir.

Reklam çarxının ssenari müəllifi İlyas Bəkir-zadə (Ratio Counseling şirkətinin Baş Direktoru, APREA-nın Prezidenti), rejissoru isə Kamran Məmmədov olub.

Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 20 il əvvəl 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Bankın əvvəlki adı Azərdəmiryolbank 2009-cu ilin oktyabr ayında dəyişdirilərək “DəmirBank” adlandırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar