DəmirBank pul köçürən və alanlara kontur hədiyyə verir
08 İyul 2011 Cümə 16:32
DəmirBank bu adda keçirdiyi aksiyasının müddətini uzadıb.
“DəmirBank” təcili pul köçürmə xidmətləri üzrə “Pul köçürən və alanlara mobil danışıq kartı hədiyyə” kampaniyasının müddətini ilin sonunadək uzadıb. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, aksiyanın şərtlərinə əsasən bankın filiallarında ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana istədiyi mobil rabitə sisteminin 1 manatlıq, köçürmə məbləği ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda müştəriyə 2 manatlıq mobil danışıq kartı hədiyyə olunur.

“DəmirBank” əhaliyə 200-dək ölkə üzrə pul köçürmə xidmətlərini təklif edir. Bank “Western Union”, “Bıstraya Poçta”, “Contact”, “Zolotaya Korona”, “Coinstar”, “Blizko”, “PrivatMoney” sistemləri ilə beynəlxalq pul köçürmələri həyata keçirir. “DəmirBank” özünün “Şimşək” sistemi ilə əhaliyə ölkədaxili pul köçürmə xidmətləri də göstərir.

“DəmirBank-ın istənilən filialında ən azı 300 AZN / USD / EUR və ya 9000 RUR məbləğində pul vəsaiti köçürən və ya alan müştərilər uduş kampaniyasında avtomatik iştirak edir. Ən azı qeyd edilən məbləğdə hər bir köçürmə əməliyyatı kampaniyada 1 şansa bərabərdir. Hər ay 1 nəfər 1000 manat, 5 nəfər hər biri 200 manat və 10 nəfər hər biri 100 manat qazanır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar