DəmirBank kreditlərinin verilməsini genişləndirir
12 Aprel 2011 Çərşənbə Axşamı 11:15
Bank sahibkarlara mikro və kiçik biznes kreditləri təklif edir
"DəmirBank" ölkədə sahibkarlara mikro və kiçik biznes kreditlərin verilməsini genişləndirmək məqsədi ilə beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığını uğurla davam etdirir. "DəmirBank" ABŞ-ın "MicroVest" mikromaliyyə təşkilatı ilə maliyyə vəsaitinin cəlb olunmasına dair yeni müqavilə imzalanıb. "DəmirBank"ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, razılaşmaya əsasən, “MicroVest” mikromaliyyə təşkilatının idarə etdiyi "MicroVest I" L.P. və "MicroVest SDF" L.P. fondları tərəfindən "DəmirBank" üçün ayrılan vəsaitin ümumi məbləği 2,4 milyon ABŞ dolları təşkil edir.

Bankın İdarə heyətinin sədr müavini Yusif Cabbarov müqaviləni şərh edərkən bildirib ki, sahibkarlara mikro və kiçik həcmli kreditlərin ayrılması hazırda "DəmirBank"ın kredit siyasətinin mühüm istiqamətlərindən biridir: "Biz sahibkarlığın kreditləşdirilməsini genişləndirməyi nəzərdə tuturuq. Hazırda bankın Bakı və regionlarda fəaliyyət göstərən 30 filialı əhaliyə və sahibkarlara mikro və kiçik kreditlər təqdim edir”.

"DəmirBank" hazırda sahibkarlara 500-dən 20 000 manatadək məbləğdə mikrokreditlər, 20 001-dən 100 000 manatadək məbləğdə kiçik həcmli biznes kreditləri təqdim edir. İstehsal, ticarət, xidmət və iqtisadiyyatın digər sahələrini təmsil edən sahibkarlar bankın mikro və kiçik biznes kreditlərindən istifadə edə bilər. "DəmirBank" həmçinin sahibkarlara kənd yerlərində təsərrüfatlarının inkişafı üçün qrup kreditləri təklif edir.

Mikro və kiçik biznesi krediti almaq üçün sahibkarlar Bakı, Gəncə, Sumqayıt, Şəki, Zaqatala, Yevlax, Bərdə, Qazax, Quba, Qusar, Göyçay, Ağdaş, Ağsu, Şamaxı, Lənkəran, Masallı, Sabirabad və İmişli şəhərlərində yerləşən "DəmirBank"ın müvafiq filiallarına müraciət edə bilər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar