“DəmirBank” istehlak kreditləşməsini genişləndirir
03 Fevral 2011 Cümə Axşamı 15:40
Əhalinin tələbatını qarşılamaq üçün bank müştərilərə bir sıra kredit proqramları həyata keçirir
“DəmirBank” kredit siyasətinə uyğun olaraq əhaliyə müxtəlif növ kredit məhsullarının təklifini və istehlak kreditləşməsini genişləndirir. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əhalinin tələbatını qarşılamaq üçün bank müştərilərə “Avtomobil krediti”, “Mebel krediti”, “Məişət texnikası krediti”, “Təmir krediti”, “Təhsil krediti”, “Nağd pul krediti”, “Qızıl ilə kredit” və sair istehlak kreditləri təklif edir. Buna əlavə olaraq “Təhsil və səhiyyə işçilərinə kredit”, “Dövlət işçilərinə kredit”, “Təqaüdçülərə kredit” və bu kimi kredit proqramları həyata keçirir.
Bank “Mebel krediti” və “Məişət texnikası krediti” proqramları üzrə “Embawood”, “Karaca Mebel”, “Optimal Electronics”, “Bermud Electronics” şirkətləri ilə, həmçinin digər istiqamətlərdə bir sıra avtomobil salonları və digər şirkətlərlə geniş əməkdaşlıq edir.
“DəmirBank” müştərilərə həmçinin müxtəlif növ biznes və ipoteka kreditləri təklif edir.
Qeyd edək ki, ölkənin ilk banklarından olan “DəmirBank” (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
DOSTLARINLA PAYLAŞ: